Logo

Metronu "partlatmaq" istədi

Metronu "partlatmaq" istədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

Sfera.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 12:10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat verib.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib.

Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR