Bakıda doqquzmərtəbəli binada yanğın oldu - Xəsarət alan var

Bakıda doqquzmərtəbəli binada yanğın oldu - Xəsarət alan var
Kateqoriya məlum deyil
T

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 9 m² sahədə yanıb.

 

Sfera.az xəbər verir ki. bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR