Quba-Xaçmaz yolunda ağır qəza: Yaralılar var

Quba-Xaçmaz yolunda ağır qəza: Yaralılar var
Kateqoriya məlum deyil
T

Quba-Xaçmaz yolunda avtoqəza baş verib, yaralılar var.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Aleksiyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Quba-Xaçmaz yolu bağlanıb, yolda uzun tıxac yaranıb.

 

İlkin məlumata görə, iki nəfər yaralanıb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR