Yuxudan oyatdığına görə qeyri-rəsmi nikahda yaşadığı qadını vəhşicəsinə DÖYDÜ

Yuxudan oyatdığına görə qeyri-rəsmi nikahda yaşadığı qadını vəhşicəsinə DÖYDÜ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Kələntər Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Sfera.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.

 

İttihama görə, hadisə bu ilin yayında, saat 10 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüdlü Kələntər Əkbərov evdə olarkən qeyri-rəsmi nikahda yaşadığı zərərçəkmiş Səma Məmmədova (şərti) ilə aralarında ailə məişət zəminində mübahisə baş verib. O, mübahisə zamanı qadını döşəməyə yıxıb, onun sağ göz nahiyəsindən yumruqla, sol bud nahiyəsinə ayaqla qəsdən zərbələr endirərək xəsarət yetirib.

 

Kələntər Əkbərov məhkəmədə ona elan edilmiş ittiham üzrə tam təqsirli bilib. Onun sözlərinə görə, Səma ilə təxminən iki ildən artıqdır ki, ər-arvad kimi bir yerdə yaşayırlar. Lakin rəsmi nikahları yoxdur. Təqsirləndirilən şəxs deyib ki, hadisə günü evdə yatdığı vaxt anası gəlib, onu yuxudan oyadıb. Lakin yuxudan ayıla bilmədiyindən və baş ağrıları olduğu üçün dura bilməyib. Aradan bir neçə dəqiqə keçəndən sonra həyat yoldaşı Səma təkrarən gələrək onu oyadıb. Bu zaman Kələntər əsəbiləşərək ayağa durub əli ilə qadının sifət nahiyəsindən və sol bud nahiyəsindən isə təpiklə vurub. O bildirib ki, hadisə zamanı Səma sifət nahiyəsindən xəsarət alıb. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu söyləyib.(Pravda.az)


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...