Bakıda piyadanın vurulmasının ANBAAN VİDEOSU

Bakıda piyadanın vurulmasının ANBAAN VİDEOSU

Bakıda 57 yaşlı şəxsi avtomobil vuraraq öldürüb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün saat 7 radələrində Suraxanı rayonu, Heydər Əliyev prospekti şəhər istiqamətində baş verib. Elşən Mirzəli oğlu Mehdizadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobil Polad Qaçay oğlu Əliyevi vurub. Nəticədə o, hadisə yerində vəfat edib.

 

BDYPİ-nin rəsmisi polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə məhz yerüstü piyada keçidinin altında qeydə alınıb. Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyadanı avtomobil vurub.

 

“Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir.

 

Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə intizamlı formada yanaşsınlar. Sadə qaydalara riayət edərək ağır sonluqlu faciələrə yol açmasınlar. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı, yanlış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”, - A.Əsgərli əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...