Gədəbəydə polis yol qəzasında həlak oldu

19:30 / 26.09.2023
5861
Gədəbəydə polis əməkdaşı yol qəzasında həlak olub.
Sfera.az-ın məlumatına görə, hadisə saat 17 radələrində qeydə alınıb.
Xidmət vaxtı “Niva” markalı avtomobillə hərəkətdə olan 27 yaşlı polis nəfəri Cahan Orucov qəza keçirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü C.Orucov həlak olub.
Faktla bağlı araşdırma aparılır.