Laçın postundan tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO

Laçın postundan tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO

“Laçın” Sərhəd-Buraxılış Məntəqəsindən Ermənistan istiqamətinə növbəti keçid baş tutub.

 

Trend-in məlumatına görə, səhər saatlarında Ermənistandan Azərbaycan ərazisinə daxil olan Təcili Yardım maşınlarının Qarabağ iqtisadi rayonundan tibbi yardıma ehtiyacı olan 23 nəfər şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşaiyəti ilə yenidən Ermənistana keçidi təmin edilib.

 

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

 

İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir.

 

İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.

 

Həmin kadrları təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Aktrisa Çimnaz Sultanova dəfn olunub - YENİLƏNDİ

Aktrisa Çimnaz Sultanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumla əvvəlcə Əmircandakı ata evində vida mərasimi keçirilib.   Daha s...

ABD Malik dələduzluqla üzləşdi: "Sizə belə zənglər gəlsə..." - VİDEO

Keçmiş “Dəyirman” qrupunun üzvü, Malik Kələntərli (ABD Malik) dələduzluq halı ilə qarşılaşıb.   Sfera.az bildirir ki, bu barədə o, sosial...

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.   Sfera.az report-a isinadən xəbər verir ki, bu barədə Baş nazirin m...

Döş xərçəngi beş il öncədən aşkarlana biləcək - FOTOLAR

Döş xərçəngi beş il öncədən aşkarlana biləcək.   Sfera.az xəbər verir ki, bunun üçün Duke Universitetinin tədqiqatçıları "AsymMirai" adlı s...

Qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verildi

Ağdaşda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir....

"Ermənistanın Aİ-yə qəbulu Gürcüstanın tamamilə itirilməsi demək olacaq" - ŞƏRH

Rusiya Ermənistanın Avropa İttifaqına qoşulması layihəsini ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı hesab edir. Rusiya baş nazirinin müavini...