Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşdu - Ölən var

08:10 / 22.09.2023
5151
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az “Report”a istinadən xəbər verir ki, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən vəfat edib.
Hadisənin təfərrüatı araşdırılır.