Bakıda liftin trosu qırıldı
Kateqoriya məlum deyil
Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var.
Sfera.az "Report”a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, İ.P.Dadaşov küçəsi 260 ünvanıda yerləşən 7 mərtəbəli binanın liftinin trosunun qırılması nəticəsində liftdə olan 8 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






