Logo

Xızıda ev yandı - Xəsarət alan var

Xızıda ev yandı - Xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xızıda yanğın olub.

Bu barədə Sfer.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Xızı rayonunun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR