Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən var

Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən var

DİN Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi haqqında məlumat yayıb.

 

Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Sfera.az-a verdiyi məlumata görə,
Göygöl-Toğanalı-Kəlbəcər yolunda "Kamaz" markalı yük avtomobilinin və "LADA" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, nəqliyyatın hərəkəti bərpa olunub. Qeyd edək ki, hadisə nəticəsində minik markalı avtomobildə olan sərnişin, Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Bayramov Müşfik ölmüş daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR