Ötən gecə Yevlaxda nə BAŞ VERİB?

Ötən gecə Yevlaxda nə BAŞ VERİB?

 

Ötən gecə Yevlax səmasında güclü partlayış olub.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu barədə çoxsaylı məlumat yayılıb. İstifadəçilər partlayışdan sonra Yevlax rayonunun böyük bir qismində elektrik enerjisi verilişinin dayandırıldığını, rayonun qaranlığa qərq olduğunu yazıblar. Bundan əlavə, bəzi istifadəçilər isə Yevlaxa raket atıldığı, Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin onu səmada vurduğunu iddia ediblər.

 

Səhər saatlarında verilən məlumatdan aydın olub ki, partlayış gecə saatlarında elektrik enerjisi naqillərini ildırım vurması nəticəsində baş verib.

 

Bununla bağlı yayılan rəsmi məlumata əsasən gecə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində Yevlaxı elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib.

 

Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında "Yevlax Elektrik Şəbəkə”nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...