Logo

Oğuzda ağır qəza: Cinayət işi açıldı

Oğuzda ağır qəza: Cinayət işi açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 25-də saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin sürdüyü “VAZ-2107” nəqliyyat vasitəsi toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, qəza nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR