Sumqayıtda yanğın: nənə və nəvələri zəhərləndi - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

Sumqayıtda yanğın: nənə və nəvələri zəhərləndi - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO

Sfera.az xəbər verir ki, xeberle.com-un əməkdaşı ötən gecə dəhşətli yanğın 29-cu məhəllədə yaşayış binalarının yaxınlığında olan "Dostluq" və "Tehran" kafelərində olub.

Yanğının ilk olaraq "Tehran" kafesində baş verdiyi bildirilir. Maraqlıdır ki, bu kafedə baş verən yanğın bu obyektin yanında olan "Min bir xırdavat" dükanına keçməyib. Əvəzində isə növbəti obyektə- "Dostluq" kafesinə doğru genişlənib. Məlumata görə, iki kafenin arasında yerləşən mağazanın konstruksiyası betondan olduğundan həmin obyekt alışmayıb və nəticədə yanğının miqyası genişlənərək digər obyektə - "Dostluq" kafesinə keçib. Hər iki obyektin fasadına zərər dəyməsə da, kafelərin içərisində olan əşyalar və yanar konstruksiyalar külə dönüb. 
Yanğının dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. 

---------

13:30

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş yanğın barədə məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 29-da saat 02 radələrində Sumqayıt şəhərindəki binalardan birinin birinci mərtəbəsində yerləşən, şəhər sakini Tehran Əsgərova məxsus kafedə yanğın baş verib.

Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, həmin binanın 2-ci mərtəbəsində yaşayanlar Töhrə  Məmmədova, nəvələri Məryəm və Mədinə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

----------

09:06

Sumqayıtda yanğın qeydə alınıb.

Sfera.az FHN-ə istinadən bildirir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.

Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR