Rus hərbçilərin Ukraynada tankla üstündən keçdiyi azərbaycanlılar kimdir? - DETALLAR + FOTO

Rus hərbçilərin Ukraynada tankla üstündən keçdiyi azərbaycanlılar kimdir? - DETALLAR + FOTO

Xəbər verdiyimiz kimi, Ukraynada gedən müharibədə əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan 1992-ci il təvəllüdlü Orxan Mahir oğlu Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Abuzər oğlu Qədirli həlak olublar.

 

Sfera.az "Modern.az"a istinadən bildirir ki, Zərdab rayonu Məmmədqasımlı kəndinin icra nümayəndəsi Mətləb Müzəffərov rusiyalı hərbçilərin Xerson vilayətində Orxan Əzizli və Ramiz Qədirliyə məxsus meyvə dolu yük maşınının üstündən tankla keçdiyini deyib:

 

"Nəticədə hər iki şəxs həlak olub. Həmyerlilərimiz orada alver məqsədilə yaşayırdı. Döyüşlərdə iştirak etmirdilər. Hazırda hər iki soydaşımızın nəşi yoldadır. Yəqin sabah səhər saatlarında burada olacaqlar. Elə sabah dəfn mərasimi baş tutacaq. Hər ikisi də ailələlidir. Ailələri hazırda pərişan vəziyyətdədir".

 

Mətləb Müzəffərov vurğulayıb ki, həm Orxan Əzizli, həm də Ramiz Qədirlinin iki övladı var.


OXŞAR XƏBƏRLƏR

Bakıda və bu rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bütün sosial ödənişlər bu tarixdə veriləcək - RƏSMİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...