Dəhşətli qəza törədən "Nikosayağı"nı hansı cəza gözləyir? - AÇIQLAMA

Dəhşətli qəza törədən

Xəbər verdiyimiz kimi,  bloger, sosial şəbəkələrdə "Nikosayağı" kimi tanınan Nicat Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.

 

Nəticədə avtomobildə olan Nicat Şakirlinin dostu, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Nicat Şükürlünün qolu amputasiya olunub, reanimasiyadadır. Hadisə yerinə kömək etmək üçün gələn vətəndaş Fəxri Rüstəmov xəsarət alıb. Nəqliyyatın hərəkətinin tənzimləməyə çalışan polis əməkdaşını isə maşın vurub.

 

Maraqlıdır, sürücü Nicat Şakirlini qəza səbəbilə hansı cəza gözləyir?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Mehman Muradlı ekspertiza rəyindən sonra məsələnin aydınlaşacağını qeyd edib:

 

"Sürücü əgər sükanda olarkən içkili vəziyyətdə olubsa, bu zaman onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər sürücü sükan arxasında içkili olmayıbsa, bu zaman  2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Ekspertiza rəyindən sonra tətbiq ediləcək cəza arta, yaxud azala bilər". 

 

Vəkil sözügedən hadisə ilə bağlı azadlıqdan məhrumetmə cəzasına alternativ olaraq cərimə tətbiqinin qanunla nəzərdə tutulmadığını da vurğulayıb.

 


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Prezidentin parlament çıxışı MM-in fəaliyyət istiqamətlərinini müəyyən etdi

Müstəqilliyimizin bərpasından sonrakı müddətdə formalaşmış ənənəyə uyğun olaraq 7-ci Çağırış Milli Məclisin ilk iclası Prezident İlham Əliyevin deputatlar qarşı...

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...

Bu ölkədə meymunçiçəyinin yeni növü AŞKARLANDI

Hindistanda meymunçiçəyinin yeni növü aşkarlanıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Clade 1b” adlanan bu yeni variant&...