Elman Rüstəmovun ikinci qızı da Londonda şirkət açdı -FOTOFAKT

Elman Rüstəmovun ikinci qızı da Londonda şirkət açdı -FOTOFAKT

Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun ikinci qızı Süsən Rüstəmova Londonda şirkət açıb.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

 

Məlumatda bildirilir ki, London Modalar Kollecinin məzunu olan Süsən Rüstəmova “EV LDN LTD”ni İran əsilli Anita Nazənin Şahi ilə ortaqlıq əsasında bu ilin yanvarında təsis edib: “Şirkət keçmiş baş bankirin qızına məxsus Belvedere Row Apartments 64, Fountain Park Way ünvanında qeydiyyatdan keçib. Elman Rüstəmov Londonun bahalı yaşayış kompleksində yerləşən mənzilı qızına 2 il əvvəl 820 min funt sterlinqə alıb. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir.

 

Onların Londonda sahib olduqları “Gyunel Limited” in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır”. Rüstəmovanın Londonda şirkət açması ilə bağlı fotofaktı təqdim edirik: Orxan


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...