Bakıda kişi 16 mərtəbəli binanın damından özünü atdı
Kateqoriya məlum deyil
Bakıda intihar hadisəsi olub.
Sfera.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. 35 yaşlı Həsən Yusif oğlu Heydərov 16 mərtəbəli binanın damından özünü ataraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.






