Logo

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada HƏLAK OLDU - FOTO

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada HƏLAK OLDU - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Racim Çingiz oğlu Mirzəyevin idarə etdiyi “Mercedes Benz” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R.Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Faktla bağlı araşdırma aparılır.(APA)

Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada HƏLAK OLDU - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR