Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlandı

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlandı

2023-cü ilin yanvar-iyun aylarında 780 yol-nəqliyyat hadisəsi baş verib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1056 nəfər olub. Zərər çəkənlərin 387-si həlak olub, 669-u yaralanıb. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.


Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artaraq 293 nəfər, yaralananların sayı isə 7,5 faiz azalaraq 644 nəfər olub.


Bütün yol-nəqliyyat hadisələrinin 39,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 37,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,7 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edib.


Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 16 hadisə baş verib, nəticədə 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...