Bakıda dəhşətli qəza - Hamilə qadın həlak oldu

Bakıda dəhşətli qəza - Hamilə qadın həlak oldu

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə 8 Noyabr prospektində qeydə alınıb.

 

1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu "Toyota Prius" markalı avtomobil vurub.

 

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

 

Son məlumata görə, 2001-ci il təvəllüdlü Güllü Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Bu barədə APA-ya Sabunçu Tibb Mərkəzindən bildirilib. 


OXŞAR XƏBƏRLƏR