Logo

Çin vətəndaşı Azərbaycanda faciəvi şəkildə öldü

Çin vətəndaşı Azərbaycanda faciəvi şəkildə öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaradağda özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmın ehtiyatsızlıq nəticəsində həyatını itirib.

Rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR