Zibil daşıyan maşın “Range Rover”lə toqquşub aşdı: Fəhlə öldü

Hadisə
18:54 / 31.07.2023
5967
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Zibil daşıyan maşın “Range Rover”lə toqquşub və sonra idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı maşında olan fəhlə, 1983-cü il təvəllüdlü Elman Bəybala oğlu Həzrətquliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.