Logo

9-cu mərtəbədən yıxılıb sağ qaldı

9-cu mərtəbədən yıxılıb sağ qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb.

Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib.

Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hadisə vaxtı L.Namazova evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR