İşçiləri tərəfindən döyülən məşhur italyan aşpaz Türkiyəni tərk edir - İDDİA

İşçiləri tərəfindən döyülən məşhur italyan aşpaz Türkiyəni tərk edir - İDDİA

İşçiləri tərəfindən döyülən məşhur italiyan aşpaz Danilo Zanna haqqında yeni iddialar yayılıb.

 

Sfera.az-ın məlumatına görə, aşpazın Türkiyəni tərk edəcəyi bildirilib. Zanna sosial media hesabından bununla bağlı açıqlama verib.

 

“Türk milləti üçün hiss etdiyim duyğu güclü və dərin köklərə malikdir. Heç bir olay, insan və hadisə mənim Türkiyəyə və onun cəmiyyətinə olan sevgi və hörmətimi əlimdən ala bilməz. Bu ölkəni sevirəm və dəstək mesajlarınız, yanımda olduğunuz üçün təşəkkür edirəm”, deyə o yazıb.

 

Digər tərəfdən,  restoranının Vadistanbuldakı filialında görüntülənən aşpaz jurnalistlərin də suallarını cavablandırıb.

 

"Hər zaman şiddətin əleyhinəyəm, amma belə bir pis hadisə baş verdi. Lazım olan şikayətləri etdim. İşimizə mane olmasına heç vaxt icazə verməyəcəyəm. Həmişə işimin başındayam”, deyə Zanna söyləyib.

 

Qeyd edək ki, ötən gün Sarıyerdəki ticarət mərkəzində restoranı olan italyan aşpaz Danilo işdən çıxarılan iki işçisinin hücumuna məruz qalıb. Sözügedən anlar bir vətəndaş tərəfindən mobil telefonla lentə alınıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR