Söyüşə görə qonşusunu öldürənə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Türkan qəsəbəsində baş verib. Qətlə yetirilən Namiq Babayev sərxoş halda V.İbrahimovun evinin önündə ünvansız söyüş söyüb. Buna görə V.İbrahimli ona irad bildirib, N.Babayev isə bu dəfə qonşusunu söyüb, onlar arasında mübahisə düşüb. V.İbrahimli qonşusuna bir bıçaq zərbəsi vurub. N.Babayev yarım sutka xəstəxanaya getməkdən imtina edib. Sonradan xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.