Taksidə sərnişindən külli miqdarda heroin götürüldü - VİDEO

Taksidə sərnişindən külli miqdarda heroin götürüldü - VİDEO

Nəsimi rayonunda yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan taksidə əyləşən sərnişindən külli miqdarda heroin aşkar edilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Məlumata görə, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini Zakir Nəsirlinin sərnişin kimi əyləşdiyi taksidə sürücü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Nəqliyyat vasitəsində olan sərnişin, yəni Zakir Nəsirlinin davranışları yol polislərində şübhə yaratdığından o, ərazi üzrə 21-ci Polis Bölməsinə aparılıb. Bölmədə onun üzərində axtarış aparılan zaman çəkisi 500 qrama yaxın olan heroin aşkar edilib.

 

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı paytaxt ərazisində narkotiklərin satışını həyata keçirən İlqar Behbudov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən satış üçün qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.

 

Araşdırma nəticəsində müəyyən edilib ki, Zakir Nəsirli və İlqar Behbudov şəxsiyyəti istintaqla araşdırılan "Amil" adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Zakir Nəsirli və İlqar Behbudov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...