Bakıda çinlilər arasında qanlı olay - Saxlanılan var
Kateqoriya məlum deyil
Bakıda əcnəbilər arasında mübahisə qanla nəticələnib.
Sfera.az xəbər verir ki, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib. Belə ki, qəsəbədə yerləşən yataqxanada Çin Respublikasının vətəndaşı 1983-cü il il təvəllüdlü Yuan Tiangang həmyerlisi 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq sonuncuya bədən xəsarəti yetirib.
Yuan Tiangang şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Nizami RPİ-nin İŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.






