Logo

Sədərəkdə taxıl sahəsi YANDI - VİDEO

Sədərəkdə taxıl sahəsi YANDI - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR