Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Şəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.

 

Sfera.az-ın məlumatına görə, hadisə nəticəsində 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR