Logo

Əsgər yola salarkən avtoşluq edənlər həbs edildi - VİDEO

Əsgər yola salarkən avtoşluq edənlər həbs edildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün səhər saat 09:00 radələrində əsgər yola salma mərasimində avtoxul­iqanlıq hərəkətləri edərək görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıbla­r.

Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Astara şosesində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəll­üdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996­-cı il təvəllüdlü Mə­mmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Ra­qib Şadulla oğlu, 1996-cı il təvəllüdlü Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab oğlu VAZ 2107 markalı, VAZ 2106 markalı və VAZ 21015 markalı avtomobillərlə magistral yol­da təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərək­ət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.

Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sü­rücülük hüququndan məhrum edilməklə yana­şı 15 sutka həbs cəz­ası alıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR