Logo

Krım rəhbərinə qarşı sui-qəsd cəhdi – ÖLÜMDƏN DÖNDÜ

Krım rəhbərinə qarşı sui-qəsd cəhdi – ÖLÜMDƏN DÖNDÜ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Krımın rəhbəri Sergey Aksyonova qarşı sui-qəsd cəhdi edilib.

Sfera.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Qeyd olunub ki, FSB Krımın rəhbəri Sergey Aksyonovun avtomobilinin partladılmasının qarşısını alıb.

Məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna ərazisində kəşfiyyat və təxribat fəaliyyəti üzrə hazırlıq kursunu keçmiş 1988-ci il təvəllüdlü Rusiya vətəndaşı müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, sözügedən şəxs bu ilin iyun ayında Krıma gələrək terror aktı törətməyə hazırlaşmağa başlayıb. O, Sergey Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR