Logo

Bakıda ağır qəza, bir ölü, üç yaralı - VİDEO + FOTOLAR

Bakıda ağır qəza, bir ölü, üç yaralı - VİDEO + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə səhər saatlarında Xocəsən yolunda qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Qəza zamanı “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb. Həmçinin “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar”.

Faktla bağlı araşdırma aparılır.

Bakıda ağır qəza, bir ölü, üç yaralı - VİDEO + FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR