Kürdə batan üç nəfərdən ikisinin meyiti tapıldı

Kürdə batan üç nəfərdən ikisinin meyiti tapıldı

Bu gün Kür çayında batan üç nəfərdən ikisinin meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR