Daşkəsəndə dava: Xəsarət alan var

Hadisə
23:31 / 15.06.2023
6279
Daşkəsən şəhərində yerləşən restoranların birində keçirilən məclisdə qonaqlar arasında yaşanan mübahisə davaya çevrilib, xəsarət alan var.
Sfera.az-ın məlumatına görə, rayon sakinlərindən biri tərəfindən övladının məktəbi bitirməsi münasibəti ilə təşkil edilən məclisdə qonaqlar arasında dava düşüb.
Mübahisə zəminində Daşkəsən rayon sakini, 1997-ci il təvəllüdlü İ.Cəfərov baş və üz nahiyəsindən xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (Report)