AzTV-nin rejissorunu maşın vurub öldürdü
10:54 / 22.10.2016
2370
AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı APA-ya onun iş yoldaşları veriblər. Rejissoru oktyabrın 20-si axşam saatlarında maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 22-si axşam saatlarında dünyasını dəyişib.
Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var. Rəşad Zöhrabov bu gün Buzovna qəbiristanlığında da dəfn ediləcək.