Mətbuat Şurasından jurnalistin intihar bəyanatına REAKSİYA: “Belə metodlarla..”

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid telejurnalist Ceyhun Rzayevin intihar bəyanatına reaksiya verib.
Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Ceyhun Rzayevin təngə gəlməsinin səbəbi açıqlananda qınanılacaq ilk hədəf valideynləri və yaxınları olacaq. Bu cür qadağan metodlarla ailədaxili problemin həllinə çalışmaq isə yolverilməz və təəssüfedicidir”, deyə R.Məcid qeyd edib.
MŞ-nın sədri jurnalistə təmkin və səbr arzulayıb.
Xatırladaq ki, bu gün tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev yaxın saatlarda intihar edəcəyini anons etmişdi. Jurnalistin bu addımının səbəbi ailə-məişət münaqişəsi zəminindədir. Valideynləri onu yaşadığı evdən çıxarmaq, iki azyaşlı övladı ilə birlikdə küçəyə atmaq fikrində israr edirlər. Məlumatlara görə, rəsmi qurumların, o cümlədən DİN-in təmsilçiləri Ceyhun Rzayevin yaşadığı ünvanda olublar.
DİN-in sözçüsü Elşad Hacıyev sosial şəbəkədə paylaşım edərək bildirib ki, telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib: " O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcək".
Türkan