Logo

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma təhlükəsində olan Bakı şəhər sakinləri 1995-ci il təvəllüdlü A.Axmedov və 1999-cu il təvəllüdlü E.Xələfov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR