Logo

Şüvəlanda 1 yaşlı körpə su anbarına düşərək öldü

Şüvəlanda 1 yaşlı körpə su anbarına düşərək öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Sfera.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.

FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR