İŞİD terrorçuları İraqda iki polisi öldürdü

Hadisə
14:49 / 21.05.2023
7226
İraqın "Əl-Həşd əl-Əşairi" xalq asayiş qüvvələrinin iki üzvü "İslam Dövləti" (İŞİD) terrorçularının döyüş əməliyyatı nəticəsində həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə bazar günü "Shafaq News" portalı məlumat yayıb.
Məlumata görə, bazar günü səhər saatlarında silahlı qrup Bağdadın şimalında yerləşən Tərmiyə şəhərində yaşayış binasına hücum ediblər.
Qeyd edək ki, hücum nəticəsində xalq asayiş qüvvələrindən iki nəfər öldürülüb, iki nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.