Logo

Bacısını öldürmək istəyən qardaşın məhkəməsi başladı

Bacısını öldürmək istəyən qardaşın məhkəməsi başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Ramin Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sfera.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası oktyabrın 26-na təyin edilib.

İttihama görə, Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü R.Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramilə Əhmədovaya bıçaqla çoxsaylı xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR