Naxçıvanda yaşayış evində yanğın baş verdi
Kateqoriya məlum deyil
Naxçıvanda yaşayış evində yanğın baş verib.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli fərdi evin yanar konstruksiyaları 36 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






