“TikTok”da polisləri təhqir edən şəxs HƏBS EDİLDİ

“TikTok”da polisləri təhqir edən şəxs HƏBS EDİLDİ

TikTok sosial şəbəkəsində canlı yayım açaraq polisləri təhqir edən şəxs həbs edilib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Abşeronda baş verib. Bir neçə gün öncə Famil Quliyev (şərti) sərxoş vəziyyətdə TikTok-da canlı yayımda Abşeron Rayon Polis idarəsinin əməkdaşlarının ünvanına söyüşlər istifadə edib. O, bununla bağlı polis bölməsinə dəvət edilsə də, getməkdən imtina edib. Daha sonra onu aparmaq üçün gələn polislərlə mübahisə edib. Polisin qanuni tələbinə tabe olmadığı üçün onun barəsində inzibati protokol tərtib olunub.

 

F.Quliyev izahatında əməli törətdiyini etiraf edərək hadisə vaxtı içkili olduğunu bildirib.

 

Protokola Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə bu qənaətə gəlib ki, canlı yayımda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə insanların diqqətini özünə cəlb edən şəxs ictimai qaydanı pozub. F.Quliyev 10 gün müddətinə inzibati qaydada həbs olunub.


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...