Qusarın mərkəzi bazarında yanğın - YENİLƏNİB

Qusarın mərkəzi bazarında yanğın - YENİLƏNİB

19:00

Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qusar rayon Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

---------

18:27

Qusar rayonunun mərkəzi bazarında baş vermiş yanğın davam edir.

Bu barədə Trend-ə Qusar rayon Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əvvəlcə 3, daha sonra 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Hadisə nəticəsində bazarın 200 kv.m-lik sahəsi yanıb.

İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda yanğının yayılmasının qarşısı alınsa da, tam söndürülməyib. Belə ki, bazarın qarşısındakı bir neçə mağazada yanğın davam edir.

Yanğının bazarın paltar satılan mağazalarından birindən başladığı bildirilir.

----------

17:40

Qusar rayonunun mərkəzi bazarında yanğın başlayıb.

Sfera.az report-a istinadən bildirir ki, hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib:

"Yanğın hazırda davam edir. Yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaqdan ötrü tədbirlər görülür".


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...