Sabiq polis əməkdaşı özünə qəsd etdi

Sabiq polis əməkdaşı özünə qəsd etdi

Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə DİO-dan xaric edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA-nın əldə etdiyi xəbərə görə, intihar edən 28 yaşlı Məhərrəm Hüseynov sevdiyi qıza görə intihar edib. Belə ki, M. Hüseynov sevdiyi qızın ona verilməməsi səbəbindən həyatına qəsd edib.


OXŞAR XƏBƏRLƏR