Bakıdan Şəmkirə gedən qadını DÖYDÜLƏR
Kateqoriya məlum deyil
Şəmkir rayonunda qadın tanışı tərəfindən döyülərək xəsarət alıb.
Sfera.az xəbər verir ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü X.Vəliyeva şəxsi münasibətlər zəminində tanışı tərəfindən döyülərək xəsarət alıb.
Zərərçəkmiş Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Tərəflər arasında mübahisənin hansı səbəbdən yarandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.






