Logo

İlin ilk Ay tutulması başladı

İlin ilk Ay tutulması başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İlin ilk Ay tutulması başlayıb.

Sera.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

Onun sözlərinə görə, tutulma Azərbaycan ərazisində 18:00-dan etibarən Ay doğduqca görünəcək və həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq: "Azərbaycan ərazisində saat 18:00-dan sonra Ay tutulmasını müşahidə edə biləcəyik”.

X. Mikayılov bildirib ki, tutulma zamanı Ay qırmızı rəngdə göründüyü üçün buna adətən "Qanlı Ay tutulması” da deyilir: "Super Ay tutulması” yanvarın 1-də müşahidə olunub, bugünkü "Super Ay tutulması” deyil”.

Direktor müavini qeyd edib ki, tutulma Yerin ekvatorial zonasında baş verəcək.

Qeyd edək ki, ikinci Ay tutulması iyulun 28-də olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR