Logo

DİN Bərdədə əməliyyat keçirdi - Silahlı dəstə SAXLANILDI

DİN Bərdədə əməliyyat keçirdi - Silahlı dəstə SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərdədə heroin alveri ilə məşğul olan silahlı dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri Pərviz Bədirov, Sərdar Talıbov, Vüsal Məmmədov və qardaşı Pərviz saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə Pərviz Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR