Logo

Yağış Bakıda balkonu uçurtdu

Yağış Bakıda balkonu uçurtdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən yaşayış binasında uçqun olub.

Sfera.az AzVision.az-a istinadən məlumat verir ki, binanın 3-cü mərtəbəsində balkon uçub. Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb edilib.

FHN əməkdaşlarının verdiyi məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR