Sülhməramlıların maşınları aksiya yerindən keçdi

Hadisə
11:34 / 23.04.2023
4899
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Sfera.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər maneəsiz keçid edib.
Xankəndidən gələn minik və yük avtomobilləri aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib.
Bu gün sülhməramlılara məxsus ümumilikdə 20-yə yaxın avtomobilin maneəsiz keçidi reallaşıb.